AZ

Fon der Leyen Trampla Zelenskinin görüşündə iştirak etmək istəyir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək niyyətindədir.

Bu barədə Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.

“Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qatılacam”, – deyə o bildirib.

Avropa Komissiyası rəhbəri həmçinin təsdiqləyib ki, avqustun 17-də Zelenskinin iştirakı ilə “istəklilər koalisiyası” telekonfransı keçiriləcək.

AzPost.az

Seçilən
11
50
azpost.info

10Mənbələr