Yazını böyüt
Yazını kiçilt
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək niyyətindədir.
Hafta.az-ın məlumatına görə, bu barədə Ursula fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.
"Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qatılacam", - deyə o bildirib.
Avropa Komissiyası rəhbəri həmçinin təsdiqləyib ki, avqustun 17-də Zelenskinin iştirakı ilə “istəklilər koalisiyası” telekonfransı keçiriləcək.