AZ

"Buxanka" Almaniyada satışa çıxarıldı

Avtosfer.az xəbər verir ki, bu barədə "Avtonovosti dnya" portalı məlumat yayıb. Qeyd edilib ki, maşın 21 min avro dəyərində qiymətləndirilib. Maşının damında alüminium materialından olan əlavə baqaj və çıxarıla bilən farkop da var. Pəncərələr germetikləşdirilib. "Buxanka"ya  kondisioner, DAB radiosu və təcili çağırış sistemi, həmçinin sərnişinlər üçün altı orijinal oturacaq və yıxılan yataq modulu quraşdırılıb. Salon isə xüsusi qara rəngli dözümlü materialla üzlənibdir. Avtomobildə gücləndirilmiş 130 amperlik generator və BMW muftası var. Maşın 2020-ci ildə buraxılıb, yaxşı vəziyyətdədir (İqtisadiyyat.az).

 

Seçilən
10
18
avtosfer.az

10Mənbələr