Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı rusiyalı həmkarını Ankoricdə ABŞ Prezidenti Donald Trampla görüşünün yekunu münasibətilə təbrik etdi”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Tokayevin fikrincə, danışıqlar Amerikanın Rusiya mövqeyini daha yaxşı anlamasına xidmət edib. Bu da Ukrayna üzrə mürəkkəb məsələdə ortaq məxrəcə gəlməyə kömək edə bilər.