ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində gecə klubunda atışma baş verib.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Nyu-York şəhər polisinin yaydığı məlumata görə, atəş bir neçə nəfər tərəfindən açılıb. Hələlik məsuliyyətə cəlb olunana yoxdur.