AZ

“Mənim işim komandamı hazırlamaqdır, transferlər başqa şöbələrin işidir”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın transfer planları ilə bağlı suala cavab verib.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya Superkubokunda “Bavariya”nın “Ştutqart” üzərində 2:1 hesablı qələbəsindən sonra keçirilən mətbuat konfransında jurnalistlər Kompanidən transferlərlə bağlı fikirlərini soruşublar.

“Mənim əsas vəzifəm komandamı hazırlamaq və onun rəqabətədavamlı olmasına əmin olmaqdır. Qalan məsələlərlə isə müxtəlif şöbələr məşğul olur və komandanı gücləndirmək üçün əllərindən gələni edirlər”,

Qeyd edək ki, Münhen təmsilçisi yay pəncərəsində “Ştutqart”ın hücumçusu Nik Voltemadeni heyətinə qata bilməyib.

Xatırladaq ki, Almaniya çempionu “Bavariya” titulun müdafiəsinə avqustun 22-də, cümə günü “RB Leypsiq”ə qarşı oyunla başlayacaq.

Seçilən
33
17
90deqiqe.az

10Mənbələr