AZ

Güləşçilərimiz Türkiyədə 31 medal qazandılar

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Türkiyənin Qars şəhərində Ani şəhərinin fəthinin ildönümünə həsr olunmuş “Ani Cup” adlı güləş turniri keçirilib. Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 8 komanda tərkibində 150-dən çox idmançı mübarizə aparıb. Azərbaycanı baş məşqçi Faiq İsgəndərovun rəhbəliyi ilə 23 idmançıdan ibarət Naxçıvan yığma komandası təmsil edib. Məşqçilər Orxan Əsgərov, Barı Əliyev, həmçinin hakim qismində Nihad Muradov da turnirdə iştirak ediblər. Güləşçilərimiz ümummilikdə 31 medal qazanmağa müvəffəq olublar. Sərbəst güləşdə 14 qızıl, 4 gümüş və 3 bürünc, yunan-Roma güləşində isə 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanılıb. Bundan başqa, 12-13 yaş qrupu üzrə həm sərbəst güləş, həm də yunan-Roma güləşində komanda hesabında birincilik əldə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
19
azvision.az

10Mənbələr