
Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 1941-1945-ci il Böyük Vətən müharibəsinin iştirakçısı olan 11 nəfərin hər biri ayda 330 manat təqaüd alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə təqaüd alan Böyük Vətən müharibəsinin iştirakçılarının sayı 47,6% və ya 10 nəfər azalıb.
Qeyd edək ki, 1941-1945-ci il Böyük Vətən müharibəsi veteranlarının sayı azalsa da, onlara verilən təqaüdün miqdarı dəyişməyib.
Elnur Əli