İran ordusunu yeni müharibəyə hazırlayır.
Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi deyib. Yüksək səviyyəli iranlı millət vəkili parlament və hökumətin silahlı qüvvələrin gücləndirilməsi istiqamətində ciddi addımlar atdığını bildirib və əlavə edib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı qanun layihəsi parlamentə təqdim olunacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi “Mehr”-ə müsahibəsində deyib.
“Silahlı qüvvələrin müdafiə qabiliyyətinin gücləndirilməsi indiki şəraitdə ən mühüm və strateji məsələlərdən biridir və heç şübhəsiz ki, hökumət və parlament bu məqsədə çatmaq üçün güclü iradə ilə addımlar atır”,-deyə o bildirib.
O əlavə edib ki, hökumət ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində silsilə tədbirlərə təşəbbüs göstərib və bununla bağlı parlament “Silahlı Qüvvələrin qüdrətinin gücləndirilməsi” adlı təklif irəli sürüb.
M.Əzizi qeyd edib ki, bu yaxınlarda Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Maddi-Texniki Təminat Baş İdarəsi və aidiyyəti qurumlarının rəsmiləri ilə görüşündə baxılaraq təsdiq edilib və yaxın vaxtlarda Milli Məclisin Sədrlik Şurasına baxılaraq açıq iclasda təsdiq olunmaq üçün təqdim olunacaq.