AZ

“Bu Baydenin axmaq müharibəsidir”: Tramp Putinlə görüşünə görə tənqidlərdən isterik reaksiya verib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp, Alyaskadakı danışıqlarda diplomatik uğursuzluğu ilə bağlı çoxsaylı xəbərlərdən sonra KİV-i sərt tənqid atəşinə tutub.

APA xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“İnanılmazdır ki, saxta xəbərlər söz mövzusu mən olduqda həqiqəti necə amansızcasına təhrif edirlər. Mənim haqqımda dürüst yazmaları və ya danışmaları üçün deyə biləcəyim və ya edə biləcəyim heç nə yoxdur,” – Tramp yazıb.

O, Putinlə “Baydenin axmaq müharibəsi ilə bağlı Alyaskada əla görüş” keçirdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
50
apa.az

10Mənbələr