AZ

Bu super qida kişilərdə cinsi problemə yol aça bilər

Yerkökü uzun illərdir tərkibindəki vitamin və minerallara görə “superfood” adlandırılır. Göz sağlamlığını dəstəkləməsi, immuniteti gücləndirməsi və qaranlıqda görmə qabiliyyətini yaxşılaşdırması ilə tanınır.

E-saglam.az-ın məlumatına görə, lakin Çində aparılan yeni araşdırma bu faydalı tərəvəzin həddindən artıq istehlakının kişilərin cinsi sağlamlığına mənfi təsir göstərə biləcəyini üzə çıxarıb.

Pekin Universiteti Xəstəxanasında aparılan tədqiqata görə, karotinlə zəngin qidaları yüksək miqdarda qəbul edən kişilərdə erektil disfunksiya riski 60 faizədək artır. Karotenlər orqanizmdə A vitamininə çevrilərək hüceyrələri qoruyan antioksidant təsir göstərir. Amma alimlərin fikrincə, həddindən artıq qəbul qan damarlarının selikli qişasına zərər verə bilər.

Cinsi oyanma zamanı damar hüceyrələri azot oksidi ifraz edir ki, bu da qan dövranını artıraraq ereksiyanın yaranmasına səbəb olur. Tədqiqatçılar bildirirlər ki, karotenin çoxluğu bu prosesə mənfi təsir göstərərək hüceyrələrin fəaliyyətini poza bilər.

Karotin yalnız yerköküdə deyil, həm də şirin kartof, balqabaq, ərik və manqo kimi narıncı rəngli meyvə-tərəvəzlərdə yüksək miqdarda olur. Mütəxəssislər bu qidaların faydalı olduğunu inkar etməsələr də, həddindən artıq istifadənin risk yarada biləcəyini vurğulayırlar.

Nəticələr “Archives of Medical Science” jurnalında dərc olunub. Alimlər karoten səviyyəsi ilə erektil disfunksiya arasında əhəmiyyətli əlaqə olduğunu təsdiqləyərək əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
22
49
e-saglam.az

10Mənbələr