AZ

Qaziantep Təkrar Emal Zavodunu yandı

Qaziantepdə (Türkiyə) təkrar emal fabrikində yanğın baş verib.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, yanğın qısa zamanda bitişikdəki xalça fabrikinə keçib.

Məlumat daxil olduqdan sonra hadisə yerinə 30 yanğınsöndürən, polis və tibb işçiləri göndərilib.

Mütəşəkkil Sənaye Bölgəsinin yanğınsöndürən maşınlarının dəstəyi ilə yanğınsöndürmə işləri davam edir.

Qaziantep valisi Kamal Çeber əraziyə baxış keçirdikdən sonra jurnalistlərə bildirib ki, 10 hektar ərazidə yerləşən fabrikdə baş verən yanğın söndürülür.

Çeber, ekipajların yanğını söndürmək üçün çalışdığını bildirib və əlavə edib: "Tullantıların təkrar emalı fabrikində baş verən yanğınla bağlı bizə saat 16:10-da zəng daxil olub. Fabrik 10 hektar ərazini əhatə edir. Orada təkrar emal olunmuş materiallar, lif və neft materialları var. Çox sıx tüstü görürsünüz. Bu, yüksək enerjili yanğındır. Məqsədimiz yanğını ətrafa yayılmadan söndürməkdir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
50
12
ikisahil.az

10Mənbələr