
Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli “Aerostar R40F UP-LA229” tipli təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “zakon.kz” respublikanın Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər – pilot və bir sərnişin həyatını itirib.
Məlumata görə, təyyarə şəxsi uçuş həyata keçirirmiş. Qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.