Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib.
"Bizə real danışıqlar lazımdır. Bu o deməkdir ki, onlar indi cəbhə xəttinin olduğu yerdən başlaya bilərlər. Təmas xətti danışıqlar üçün ən yaxşı xəttdir. Avropalılar bunu dəstəkləyir və biz hamıya təşəkkür edirik", - Zelenski bildirib.
Ukrayna lideri həmçinin qeyd edib ki, Rusiyanın Donetsk bölgəsində heç bir uğuru yoxdur və 12 ildir Kreml rəhbəri Vladimir Putin bu ərazini ələ keçirə bilmir:
"Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.Ərazi məsələsi çox vacib olduğu üçün onu ancaq Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü zamanı Ukrayna və Rusiya liderləri müzakirə etməlidir. Hələlik Rusiya üçtərəfli görüşün baş tutacağına dair heç bir əlamət göstərməyib".