AZ

Astarada gənc oğlan 66 yaşlı kişini bıçaqlayıb öldürdü

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astara rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü İsgəndər Şıxəli oğlu Məmmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. pizza

Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Vüsal Əvəz oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
yenisabah.az

10Mənbələr