AZ

Bu, Fələstinin dövlət kimi məhv edilməsi deməkdir İran

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı dediklərini pisləyib və Qəzza zolağının boşaldılması qərarını müharibə cinayəti adlandırır.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

“Xarici İşlər Nazirliyi İsrailin Qəzza şəhərini boşaltmaq, onun sakinlərini və köməksiz qaçqınlarını dəfələrlə köçürmək qərarını qətiyyətlə pisləyir. İsrailin Qəzza sakinlərini zorla köçürmək qərarı müharibə cinayəti və insanlığa qarşı cinayətin bariz nümunəsidir və bunun məqsədi soyqırım planının tamamlanması və Fələstinin müstəqil dövlət kimi məhv edilməsindən başqa bir şey deyil.

İran beynəlxalq ictimaiyyətin, xüsusilə İslam ölkələrinin Fələstin xalqına qarşı müharibə və soyqırımı dayandırmaq üçün təcili tədbirlər görməsinin vacibliyinə işarə edir”, - bəyanatda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
41
axar.az

10Mənbələr