AZ

Nyu-Yorkda restoranda atışma - 3 nəfər həlak olub

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Nyu-Yorkun ştatının Bruklin şəhərindəki restoranda atışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə "New York Post" qəzeti xəbər verib.

"Bruklin restoranının bağlanmasına az qalmış bir neçə silahlı şəxsin atəş açması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb", - deyə bildirilib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 03:30 radələrində baş verib.

Yaralananların hamısının xəstəxanaya yerləşdirildiyi bildirilib. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.

Seçilən
17
50
hafta.az

10Mənbələr