AZ

Premyer Liqa: “Kəpəz” ilk turda darmadağına üzüldü

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçı “Sumqayıt”la “Kəpəz” arasında keçirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutmuş oyunu Fərid Hacıyev idarə edib. Görüş meydan sahibləri üçün uğurlu alınıb. “Sumqayıt” elə ilk hissədə vurduğu 3 cavabsız qolla bu oyunda darmadağına sevinib.

İlk turun daha bir oyunu avqustun 19-da keçiriləcək. Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.

Premyer Liqa
1-ci tur
17 avqust

“Sumqayıt” – “Kəpəz” 0:3
Qollar: Rüstəm Əhmədzadə, 14. Aleksandr Ramalinqom, 26. Aleksa Yankoviç, 37.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 80. Keffel Resende.
Baş məşqçi: Saşa İliç.

Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 19. Otar Aptsiauri, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feyjao, 55. Donald Donqo.
Baş məşqçi: Adil Şükürov.

Seçilən
38
10
arena.az

10Mənbələr