Idman.biz saytına istinadən ain.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Ozan Kökçünün çıxış etdiyi "Volendam" Niderland çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, komanda Erediviziyanın 2-ci turu çərçivəsində öz meydanında "AZ Alkmaar" ilə heç-heçə edib - 2:2.
Meydan sahiblərinin start heyətində yer alan Kökçü 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, ilk turda da heç-heçə edən "Volendam" hazırda 2 xalla 12-ci yerdə qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.