Ajans.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolların hamısını yeni transferlər vurub. Rüstəm Əhmədzadə 14-cü, Aleksandr Ramalinqom 26-cı, Aleksa Yankoviç 37-ci dəqiqədə fərqlənib.

Bu, ilk turun ən məhsuldar nəticəsi olub. Əvvəlki görüşlərdə "Turan Tovuz" "İmişli"yə 1:0 hesabı ilə qalib gəlibsə, "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" matçları heç-heçə ilə yekunlaşıb - 1:1. Avqustun 19-da "Zirə" və "Araz-Naxçıvan" komandaları qarşılaşacaq. "Sabah" - "Qarabağ" matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb.