AZ

Tərəfdarlar meydanda arzuladığı Kəpəz i görəcək Adil Şükürov

ain.az, Footbal-plus saytına istinadən bildirir.

"Kəpəz" Misli premyer-liqasının 1-ci tur matçında "Sumqayıt"ln meydanında böyük hesabla uduzdu - 0:3."Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Gəncəyə qalib qayıtmaq istəyirdik. Təəssüf ki, fürsətləri dəyərləndirə bilmədik. Belədə futbolun yazılmayam qanunu işə düşdü - əks-hücuma keçən rəqib qollar vurdu. Komandam "Sumqayıt"ın ikinci qolundan sonra ruhdan düşdü. Hələ tam formalaşmamışıq. Xeyli çatışmazlıq var. İşləməyə davam etməliyik ki, bu cür oyunlarda xallar qazana bilək.- Əli Səmədov meydana daxil olmadı. Özü də əsas kapitandı. Hazırdısa, niyə oynamadı? Hazır deyilsə, adı iştirak ərizəsinə niyə salınıb?- Əli kapitan kimi həmişə futbolçuların yanındadı. Bu gün qərarımız belə oldu. Onun hazırsızlığından söhbət gedə bilməz. Əsas odu ki, komandanın yanındadı.- "Kəpəz"də nə qədər dəyişiklik olsa da, oyun tərzində inkişaf hiss edilmir. Niyə?- İnşallah, düzələcək. Qısa müddətdə problemlərdən xilas olacağıq. Azarkeşlərin nə istədiyini bilirik. Tərəfdarlar meydanda arzuladığı "Kəpəz"i görəcək.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
50
icma.az

10Mənbələr