AZ

Tovuzda 50 yaşlı kişi xəstəxanalıq oldu

Tovuzda yol nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Yuxarı Öysüzlü kənd sakini, 1975-ci il təvəllüdlü Elbrus Qarayevi maşın vurub.
 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 50 yaşlı kişi Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.


Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
46
11
bizim.media

4Mənbələr