AZ

"Fənərbağça"dan şok XƏBƏR 

Türkiyə nəhəngi "Fənərbağça" heyətini gücləndirməyə hazırlaşır.



Referans xəbər verir ki, "Fənərbağça" və Trabzonspor arasında möhtəşəm mübadilə gündəmdədir. İstanbul təmsilçisi, “fırtına”nın qapıçısı Uğurcan Çakır üçün ciddi hərəkətə keçib.



Türkiyə mətbuatının “Sports Digitale”yə istinadən yaydığı xəbərə görə, tərəflər İsmail Yüksek + pul qarşılığında razılaşmaya çox yaxındır.



29 yaşlı milli qapıçının transfer dəyəri hazırda 9,5 milyon avro olaraq göstərilir. Uğurcanın İstanbul nəhənginin qapısında çıxış edib-etməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Seçilən
30
31
referans.az

10Mənbələr