Əgər işəgötürən 65-ci maddədə nəzərdə tutulmuş sənədləri təqdim etməzsə, iş icazəsinin verilməsindən imtina edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Həmçinin saxta və ya təhrif olunmuş sənədlər təqdim olunduqda da icazə verilməyəcək.
Məqsəd sənədləşmədə şəffaflığın və hüquqi əsasın təmin olunmasıdır.