AZ

Ömrü uzatmaq və sağlam qalmaq üçün sübut olunmuş yollar

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Tibb Mərkəzinin endokrinoloqu Georgi Msxalaya uzun və sağlam həyat sürməyin əsas şərtinin həyat tərzində dəyişikliklər etmək olduğunu bildirib.

Milli.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Onun sözlərinə görə, xüsusilə daxili orqanların ətrafında yığılan visseral piylər qocalma prosesini sürətləndirir və müxtəlif xəstəliklərin yaranma riskini artırır. Bu piylərin azalması bədən daxilindəki iltihabi prosesləri azaldır, maddələr mübadiləsini tənzimləyir və ümumi sağlamlıq göstəricilərini yaxşılaşdırır.

Həkim qeyd edib ki, profilaktik tədbirlər çərçivəsində yuxu rejiminin, düzgün qidalanmanın və psixoloji vəziyyətin nizamlanması prioritet olmalıdır. Eyni zamanda, genetik skrininq ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və 2-ci tip şəkərli diabet kimi risk faktorlarının erkən mərhələdə aşkar edilməsinə kömək edir.

Bundan başqa, müntəzəm biokimyəvi testlər, vitamin-mineral səviyyələrinin, hormonal balansın və iltihab göstəricilərinin yoxlanması vacibdir. Bu yanaşma sayəsində xəstəliklər başlanğıc mərhələdə müəyyən edilə və vaxtında müalicə tədbirləri görülə bilər. Nəticədə, həm sağlamlıq qorunur, həm də həyat keyfiyyəti artır.

Kənan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
50
news.milli.az

10Mənbələr