AZ

"Futbolun yazılmamış qanunu özünü göstərdi" - Adil Şükürov

Misli Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün səfərdə "Sumqayıt"a böyük hesabla uduzan "Kəpəz"in baş məşqçisi Adil Şükürov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:3 hesablı yenilgini belə şərh edib:

“İlk oyunumuzda qələbə qazanmaq, Gəncəyə 3 xalla dönmək istəyirdik. Çox təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi. 2-ci qoldan sonra futbolçular ruhdan düşdülər və məğlub olduq. Heyət olaraq təzə yığılmışıq və tam formalaşmamışıq. Çatışmazlıqlarımız var və bundan sonra da işləməliyik. Elə etməliyik ki, gələcəkdə bu cür oyunlardan xallar qazana bilək. Qısa bir müddətdə çatışmazlıqları aradan qaldıracağıq. Azarkeşlər bizdən tam fərqli komanda gözləyirlər. Onlar bu komandanı görəcəklər”.

Seçilən
34
fanat.az

1Mənbələr