AZ

Rusiya raketi Sumı vilayətində mülki infrastruktura zərbə

Rusiya ballistik raketdən istifadə etməklə Sumıda mülki infrastruktura raket zərbəsi endirib.

İki sahil” xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleh Qrıxorov “Telegram”da məlumat verib.

İlkin məlumata görə, dağıntılar qeydə alınsa da, ölən yoxdur. Hadisənin nəticələri qiymətləndirilməkdədir.

"Təhlükə hələ də qalır. Mən Sumı bölgəsinin sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıram", - O.Qrıxorov yazıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
49
37
ikisahil.az

10Mənbələr