AZ

“Kəpəz” bu futbolçularla yeni müqavilə bağladı

"Kəpəz" yeni mövsüm üçün heyətini komplektləşdirməkdə davam edir.

Bizim.Media xəbər verir ki, klub daha 2 futbolçunu - Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.
 

Müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var. 20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında komandanın formasını geyinəcək.


Bundan başqa, bölgə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yeniləyib. Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
104
41
bizim.media

10Mənbələr