BAKI, 18 avqust. TELEQRAF
Avqustun 18-nə keçən gecə Rusiya ordusu Xarkova ballistik raketllərlə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hücum zamanı azı 11 şəhər sakini yaralanıb. Xəsarət alanlar arasında 13 yaşlı yeniyetmə də var.
Bildirilir ki, raketlər yaşayış massivinin yaxınlığınadüşüb. Xilasedicilər qəzalı vəziyyətdə olan binalarda mənzillərə baxış keçirib. Bəzi ərazilərdə fövqəladə hallar işçiləri insanları təxliyə etməli olublar.