AZ

Monteneqroda yaxta yandı: Turistlər təhlükəsiz ərazilərə təxliyə olunublar

BAKI, 18 avqust. TELEQRAF

Monteneqronun cənubundakı Budva limanında yaxta yanıb.

Teleqraf xəbər verir ki, bu barədə RTV Budva portalı xəbər yayıb.

Məlumata görə, yanan yaxta adı açıqlanmyan monteneqrolu iş adamına məxsusdur.

Yanğına gəminin içərisindəki elektrik avadanlıqlarının nasazlığı səbəb olub.

Yanğınsöndürənlərə vəziyyəti sabitləşdirmək üçün yarım saat vaxt lazım olub. Liman üzərində qatı tüstü qalxıb və turistlər təhlükəsiz ərazilərə təxliyə olunublar. Yanğınsöndürənlər alovun qonşu gəmilərə keçməsinin qarşısını alıblar. Yaxta yedəyə alınaraq limandan çıxarılıb.

Seçilən
45
24
teleqraf.com

10Mənbələr