Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
London, 18 avqust, AZƏRTAC
Londonda miqrantlara qarşı etiraz aksiyaları yenidən gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, paytaxtın Canary Vharf ərazisində miqrantların yerləşdirildiyi otelin qarşısında etirazçılar toplaşıb.
“Britannia Hotel” qarşısında keçirilən aksiya ilə yanaşı, Epping şəhərindəki “The Bell Hotel”in önündə də nümayişlər təşkil olunub. Hər iki otel hazırda sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün istifadə olunur. Canary Vharf ərazisində güclü polis nəzarəti təmin edilib. London Metropolitan Polisi ictimai asayişin ciddi şəkildə pozulmasının qarşısını almaq məqsədilə İctimai Asayiş Haqqında Qanunun 14-cü maddəsini tətbiq edib.
Etirazçılar qadın və qızların təhlükəsizliyinə miqrantlardan potensial təhdid olduğunu iddia ediblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.