AZ

Azərbaycanın daha bir rayonunda dəbdəbəli ehsan verilməsi ləğv olunub

İmişlinin mərkəzində və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

 

Bu barədə Oxu.az-a rayonun axundu Rasəf Rüstəmov məlumat verib.

 

Onun sözlərinə görə, yas mərasimində dəbdəbəli yemək süfrəsinin təşkili ləğv olunub və yalnız çay süfrəsi açılır.

 

Qeyd edək ki, buna oxşar qayda Sabirabad, Saatlı, Şirvan, Kürdəmir və Azəraycanın digər rayonlarında da tətbiq olunub.

Seçilən
57
50
senzor.az

10Mənbələr