AZ

Tramp: Putinlə görüş üçün yer seçimi mübahisə mövzusu idi

Bakı, 18 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün məkan kimi Alyaskanın seçilməsinin mübahisə mövzusu olduğunu deyib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “Truth” sosial hesabında yazıb.

“Saxta media üç gündür deyir ki, Rusiya Prezidenti Vladimir Putinə ABŞ-da görüş keçirməyə icazə verməklə mən "böyük məğlubiyyətə" uğramışam. Əslində, Putin həmin görüşü ABŞ-dan başqa hər yerdə keçirməyi çox istərdi və "feyk media" bunu bilir. Əsas mübahisə mövzularından biri də bu idi", - deyə Amerka lideri bildirib.

Tramp deyib ki, əgər sammit başqa yerdə keçirilsəydi, demokratların nəzarətində olan media bunun nə qədər dəhşətli bir şey olduğunu söyləyərdi.

Seçilən
72
50
azertag.az

10Mənbələr