AZ

Tramp və Zelenskinin görüş vaxtı açıqlanıb

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş saat 21:15-də baş tutacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 17-də Ağ Evin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

Qrafikə əsasən, Avropa dövlətlərinin liderləri Ağ Evə saat 20:00-da gəlməlidirlər, bundan sonra 21:00-da Amerika lideri Ukrayna prezidentini qarşılayacaq və görüş başlayacaq.

Saat 22:15-də Tramp Avropa liderlərini qarşılayacaq, 22:30-da onlar şəkil çəkdirəcək və 23:00-da danışıqlara başlayacaq.

Zelenski isə öz növbəsində artıq Vaşinqtonda olduğunu bildirib, həmçinin ABŞ prezidentinə dəvətə görə təşəkkür edib.

Seçilən
110
50
ucnoqta.az

10Mənbələr