AZ

Ağ Ev Trampın Zelenski və Aİ liderləri ilə görüşünün cədvəlini açıqlayıb

ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək. ABŞ prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüşün başlaması Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp və Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni də gedəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Seçilən
82
50
operativmedia.az

10Mənbələr