AZ

Ağ Ev Trampın Zelenski və Aİ liderləri ilə görüşünün cədvəlini açıqladı

BAKI, 18 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Məlumata gprə, ABŞ prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüşün başlaması Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.

Yada salaq ki, Tramp və Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə Fransa Prezidenti Emmanuel Makron, İngiltərə Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Giorgia Meloni də gedəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Seçilən
44
37
teleqraf.com

10Mənbələr