BAKI, 18 avqust. TELEQRAF
Çinin şimalında bir düşərgədə daşqın nəticəsində 10 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, hadisə Bayan-Nur şəhəri yaxınlığında baş verib. Seldən sonra 13 turistlə əlaqə kəsilib. Bir nəfər xilas edilib.
Axtarış-xilasetmə əməliyyatlarında 700-dən çox fövqəladə hallar xidmətinin əməkdaşı iştirak edir.