AZ

Zelenski müharibəni “demək olar ki, dərhal” bitirə bilər

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Zelenskinin Rusiya ilə müharibəni “demək olar ki, dərhal” bitirə biləcəyini deyib və şərtləri açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp Vladimir Zelenski ilə görüşdən əvvəl özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

“Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər, ya da mübarizəni davam etdirə bilər. Hər şeyin necə başladığını xatırla. Obamanın bağışladığı Krımı (12 il əvvəl bir güllə belə atmadan!) geri ala bilməzsən, Ukrayna NATO-ya qoşulmaz. Bəzi şeylər heç vaxt dəyişmir”, - deyə o yazıb.

Tramp Ağ Evdə "böyük bir günün" gəldiyini də bildirib. "Əvvəllər heç vaxt bu qədər çox Avropa lideri eyni vaxtda burada olmamışdı. Onları qəbul etmək şərəfdir", - deyə o yazıb.

O, həmçinin bəzi senatorlara və siyasətçilərə hücum edərək, onları Vladimir Putinlə Alyaskadakı görüşünə düzgün qiymət verməməkdə və Ukraynada müharibənin bitməsinə mane olmaqda ittiham edib. Görüşdən sonra “Putin istədiyi hər şeyi aldı” ifadələrini şərh edən Tramp, əslində “heç kimin heç nə almadığını” deyib. "Hələ tezdir, amma yaxındır", - deyə o qeyd edib və əlavə edib ki, Putin üçün Alyaskaya gəlmək "çox çətin" olub.

"Bu müharibəyə indi son qoymaq olar, lakin Cris Murphy, Cohn Bolton və başqaları kimi axmaq insanlar bunu daha da çətinləşdirirlər", - deyə ABŞ prezidenti yazıb.

Ukrayna mətbuatı yazdığı kimi, sabah Ağ Evdə Donald Tramp, Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə görüş planlaşdırılır. KİV-in məlumatına görə, Kiyev və Avropa ABŞ və Rusiya liderlərinin Alyaskada 3 saatlıq söhbəti zamanı nə barədə razılığa gəldiklərini hələ də tam başa düşə bilmirlər. Ona görə də Tramp şəxsən onlara hər şeyi izah etməlidir.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyanın Ukraynanın 5 bölgəsində güzəştə getdiyini bildirmişdi. Onun sözlərinə görə, bu güzəştlər Rusiya diktatoru Vladimir Putinin bütün Ukrayna ərazisini ələ keçirməyəcəyindən ibarətdir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
50
bizimyol.info

10Mənbələr