AZ

Makron Vaşinqton sammiti öncəsi Avropanın mövqeyini açıqlayıb

Avropa Birləşmiş Ştatlar və Ukrayna ilə birlikdə ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edən davamlı sülhə nail olmaq istəyir. Bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderlərinin iştirak edəcəyi sammit ərəfəsində Makron vurğulayıb ki, Ukraynaya dair heç bir ərazi müzakirəsi Kiyevin iştirakı olmadan aparıla bilməz.

Makron, Ukrayna ordusunun zəiflədilməsini nəzərdə tutan razılaşmaların real olmadığını deyib. O əlavə edib ki, Ukrayna atəşkəs və ya sülh sazişi çərçivəsində bəzi ərazilərin hərbi yolla itirildiyini qəbul edə bilər, lakin onların başqa dövlətin suverenliyində olduğunu tanımayacaq.

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkof isə görüşün əsas mövzusunun “ərazilərin dəyişdirilməsi məsələsi” olacağını açıqlamışdı. Zelenski isə avqustun 17-də ərazi güzəştlərini rədd etdiyini bildirmişdi.

N.Təbrizli

Seçilən
76
47
anews.az

10Mənbələr