AZ

Bu qəribə "dəbilqə" Marsda aşkarlandı

Yazını böyüt
Yazını kiçilt

"Perseverance" roverinin kamerası tərəfindən çəkilmiş yeni görüntüdə qırmızı planetin səthində qeyri-adi bir daş parçası əks olunub.

Hafta.az xəbər verir ki, həmin daş 17-ci əsrin dəbilqəsini xatırladır.

Rover bu şəkli "Mastcam-Z" kamerasından istifadə edərək çəkib. Şəkildən görünür ki, daşın üst hissəsi ucludur və kürəciklərlə örtülüb. Yer kürəsində belə strukturlar kimyəvi aşınma, mineralların çökməsi və hətta vulkanik proseslər nəticəsində yaranır.

Alimlərin fikrincə, Marsın səthində tez-tez aşınmaya məruz qalmış piramidaşəkilli süxurlara rast gəlmək olar. Lakin bu qaya demək olar ki, tamamilə kürəciklərlə örtülüb. Elm adamları hesab edirlər ki, Marsda tapılan bəzi süxurlarda bu kürəciklər yeraltı suların çöküntü süxurlarından keçdiyi zaman əmələ gəlir. /focus.ua/

Seçilən
17
4
hafta.az

4Mənbələr