Sea Breeze

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 15 avqust 2025-ci il tarixdə Aşağı Əndəmic kəndində səyyar qəbul keçirib. Vətəndaşların müraciətlərini yerində öyrənmək, mövcud problemlərinin operativ şəkildə həllinə nail olmaq və məmnunluqlarını təmin etmək məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Səyyar qəbul zamanı çıxış edən icra başçısı avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-a səfərinin əhəmiyyətini vurğulayıb, bu səfərin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına verdiyi töhfələrdən danışıb. Eyni zamanda ərazi bütövlüyümüzün bərqərar olunması və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin sürətlə davam etməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən layihələr barədə məlumat verilib. Yol infrakstrukturu, su təsərrüfatının yenidən qurulması, mədən sənayesi, konserv zavodu və digər sahələrdə genişmiqyaslı layihələrin reallaşdırılması, eləcə də Ordubad şəhər və kənd daxili avtomobil yollarının təmiri və yenidən qurulması işləri, Ordubad şəhərində yerləşən tarixi “Ərbabın iş yeri” binasının tikintisinə başlanılması və turizm imkanlarının genişləndirilməsi ilə bağlı mühüm addımlar atıldığı qeyd olunub. Bu baxımdan, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsinin Ordubad turizminə yeni imkanlar açacağı vurğulanıb.

Görüşdə kənd sakinlərinin içməli su, dayanacaq quraşdırılması, məşğulluq və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Sakinlər tərəfindən səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb, həlli vaxt tələb məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara tapşırıqlar verilib.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ETX
ETX
ETX