AZ

EIA: 2026-cı ildə Azərbaycanda gündəlik neft hasilatı 0,54 milyon barel olacaq

Finss.az -  ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son hesabatına əsasən, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel olacaq. Bu göstərici əvvəlki proqnozla müqayisədə dəyişməz qalıb.

Proqnoza görə, 2026-cı ilin birinci rübündə hasilat sutkada 0,55 milyon barel səviyyəsində olacaq. İkinci rübdə bu rəqəm 0,54 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə 0,53 milyon barelə enəcək.

EIA həmçinin 2025-ci il üçün də proqnozunu dəyişməyib. Belə ki, gələn il orta gündəlik hasilat 0,57 milyon barel təşkil edəcək. İlin ilk iki rübündə sutkada 0,57 milyon barel, ikinci yarısında isə cüzi azalma ilə 0,56 milyon barel səviyyəsində gözlənilir.

2024-cü ilin yanvar-iyun ayları üzrə əməliyyat məlumatlarına əsasən, ölkədə ümumi neft hasilatı, kondensat da daxil olmaqla, 13,7 milyon ton olub. Bunun 8 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG), 1,9 milyon tonu “Şahdəniz”, 0,3 milyon tonu isə “Abşeron” yataqlarında hasil edilib. SOCAR-ın payına isə kondensatla birlikdə 3,5 milyon ton düşüb.

Hesabata görə, 2024-cü ilin ilk yarısında neft, o cümlədən kondensat ixracı 11,6 milyon tona çatıb. Bunun 9,9 milyon tonu AÇG konsorsiumuna, 1,4 milyon tonu SOCAR-a, 0,3 milyon tonu isə “Abşeron” yatağına məxsus olub.

Seçilən
61
50
fins.az

10Mənbələr