Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 18-nə açıqladığı rəsmi məzənnələrə əsasən, ABŞ dolları 1,7000 manat səviyyəsində sabit qalıb.
AMB-nin məlumatına görə, avronun məzənnəsi 0,39% artaraq 1,9904 manata yüksəlib. 100 Rusiya rublunun məzənnəsi isə 0,5% azalaraq 2,1210 manat təşkil edib.