AZ

İstanbulda avtobus aşıb: Üç nəfər ölüb, 20 nəfər xəsarət alıb

İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bu barədə Bakues.az “TRT Haber”ə istinadən xəbər verir.

“Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb”, – məlumatda bildirilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma başladılıb.

Seçilən
18
50
icma.az

10Mənbələr