AZ

Tramp: “Ukraynanın Krımı geri qaytarması mümkün deyil” – FOTO

“Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Ukrayna Prezidenti Zelenski istəsə, dərhal Rusiya ilə müharibəni dayandıra bilər, ya da mübarizəni davam etdirər”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 

“Bunun necə başladığını xatırlayın. Obamanın 12 il əvvəl atəş açılmadan verdiyi Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişməz”,- deyə Tramp bildirib.


Xatırladaq ki, bu gün Ağ Evdə D.Trampla Volodimir Zelenski arasında görüş keçiriəcək. Daha sonra Ukrayna prezidentini müşayiət edən Avropa liderləri də müzakirələrə qoşulacaqlar.


Bizim.Media

Seçilən
36
50
bizim.media

10Mənbələr