Aktual.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubio bildirib ki, hazırda Vaşinqton iki müharibə edən dövlətin mövqeləri arasında "qızıl orta” tapmağa çalışır:
"Müharibə getdikcə ağırlaşır: ruslar hələ də özlərinin "üstünlükləri” olduğuna inanırlar, ukraynalılar isə Rusiya hərbçilərinə böyük zərbələr vuraraq müdafiə olunur”.
Dövlət katibi, iki tərəf arasında barışıq məsələsi mürəkkəb olduğunu, lakin ABŞ-ın üzərində işləməkdən əl çəkmədiyini qeyd edib:
"Bu, çətin məsələdir, amma biz üzərində işləməyə davam edəcəyik, çünki prezident hər zaman baş verməməli olan müharibəni dayandırmağı prioritet sayır”.