AZ

Ukrayna müharibəsi bitəcəkmi? – POLİTOLOQ

Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov Trampla Putinin görüşünü şərh edib.

E. Manafovun sözlərinə görə, Səfərin nəticələri barədə Rusiya prezidenti Vladimir Putinin verdiyi açıqlamalar göstərir ki, danışıqlar konstruktiv və qarşılıqlı faydalı xarakter daşıyıb. Rusiya tərəfi bildirir ki, Ukrayna böhranından çıxış yolları yalnız uzunmüddətli və dayanıqlı sülhə əsaslanmalı, Ukraynanın bitərəf statusu təsbit edilməli, NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılmalı və hazırda Rusiyanın nəzarətində olan ərazilərin de-fakto tanınması təmin edilməlidir.

ABŞ prezidenti isə tərəflərin bir çox məsələlərdə razılığa gəlməsini mühüm hadisə kimi dəyərləndirib. Tramp Ukrayna hakimiyyətini və Avropadakı müttəfiqlərini əldə olunan razılaşmalarla kifayətlənməyə çağırıb. Putin də bu razılaşmalara mane olmamağı və kompromisə getməyi tövsiyə edib.

Analitiklər hesab edirlər ki, Tramp Rusiyaya müəyyən ərazi güzəştləri müqabilində müharibəni dayandırmağa razıdır və bu istiqamətdə həm rəsmi Kiyevi, həm də Avropa İttifaqındakı dairələri razı salmağa çalışır.

Putin çıxışında qeyd edib ki, əgər Tramp əvvəlki dövrdə prezident olsaydı, ola bilsin ki, ümumiyyətlə müharibə başlamazdı. Tramp da dəfələrlə bəyan edib ki, münaqişənin məsuliyyəti onun üzərində deyil, Bayden administrasiyasına aiddir.

Avropa liderlərinin məsuliyyəti isə daha ağırdır. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers ölkələrinin milyardlarla avro büdcə vəsaitini Ukraynaya yönəldikləri üçün seçiciləri qarşısında izahat verməli olacaqlar. Xüsusilə də Mersin 100-cü günündə reytinqinin 29%-ə enməsi Almaniya tarixində ən aşağı göstəricilərdən biridir.
Böyük Britaniyanın baş naziri Keyr Starmer isə Fransa ilə əvvəlki razılaşmaya baxmayaraq, 30 minlik hərbi kontingentin Ukraynaya göndərilməyəcəyini açıqlayıb. Müşahidəçilər hesab edirlər ki, bu qərar Moskvanın xəbərdarlıqlarından sonra qəbul edilib.

Tramp isə Ukrayna böhranının həllini Rusiya ilə qarşılıqlı kompromislər əsasında görür. Onun üçün əsas hədəf ABŞ-ın daxili problemlərini – Çinlə qarşıdurma, BRİKS-in güclənməsi, Meksikadan miqrant axını və iqtisadi çətinlikləri – həll etməkdir. Avropa isə bütün gücü ilə Trampın bu yöndə sərt addımlar atmasının qarşısını almağa çalışacaq.

 

Dəniz Pənahova

Seçilən
25
50
tribunainfo.az

10Mənbələr