AZ

Tramp Zelenskiyə çağırış edib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməlidir.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Krım məsələsindən və NATO-ya üzvlük hədəfindən əl çəkməyə çağırıb. O, bu iki mövzunun artıq gündəmdə olmadığını bildirib.

Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bu gün Ağ Evdə Zelenski və Avropa liderləri ilə keçirəcəyi görüşün əhəmiyyətini vurğulayıb. O, Avropa liderləri ilə birgə sülh prosesinə dair mühüm müzakirələrin aparılacağını qeyd edib.

“Zelenski istəsə, Rusiya ilə müharibəni dərhal bitirə bilər, ya da döyüşə davam edə bilər. Ancaq Krım artıq geri qaytarıla bilməz. Obama onu bir güllə atmadan Rusiyaya verdi”, – deyə Tramp bildirib. O həmçinin Ukraynanın NATO-ya daxil olmasının müzakirə mövzusu olmadığını vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti bu gün Ağ Evdə Zelenski ilə görüşəcək, daha sonra isə Avropa liderləri ilə genişmiqyaslı toplantı keçirəcək.

Seçilən
43
50
turkic.world

10Mənbələr