AZ

Zəngəzur dəhlizi ilə bağlı daha bir şad xəbər – Əhali sevinəcək

Bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında 0,9 faiz artım olub. Rəsmi rəqəmlərə əsasən, ölkə iqtisadiyyatında müsbət dinamika davam etsə də, artım tempinin nisbətən zəif olduğu müşahidə olunur.

Bu rəqəm iqtisadiyyatda sabitlik göstəricisidir, yoxsa zəif inkişaf tendensiyasına işarə edir? Qarşıdakı aylarda artımın sürətlənməsi üçün hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, qlobal iqtisadiyyatda geosiyasi gərginliklər, enerji qiymətlərindəki qeyri-sabitlik, inflyasiyanın sürətlənməsi və digər iqtisadi prosesləri nəzərə alaraq, Azərbaycan iqtisadiyyatındakı cüzi artım müsbət haldır:

“Lakin ümumilikdə ölkənin ixrac potensialı, beynəlxalq nüfuzu, ticari tərəfdaşlarının sayı və qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi nəzərə alındıqda, 0,9% artım sabitlik göstəricisi hesab olunur. Dayanıqlı iqtisadi artım strategiyasının inkişafı hələ zəifdir və böyük iqtisadi inkişafdan söhbət gedə bilməz. Makroiqtisadi sabitlik qorunsa da, iqtisadi modernizasiya və sosial rifahın yaxşılaşdırılması üçün 0,9% artım kifayət etmir”.

İqtisadçı qeyd edib ki, qarşıdakı aylarda artımın sürətləndirilməsi baxımından Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatına müsbət töhfələr verəcək:

“İxracat potensialının artması, tranzit gəlirləri, investisiya imkanları və yeni iş yerlərinin yaradılması iqtisadi modernizasiyaya dəstək göstərəcək. Digər sahələrin inkişafı üçün isə yalnız investisiya kifayət etmir, ciddi nəzarət prinsipləri tətbiq olunmalıdır. Belə ki, illərdir qeyri-neft sektoruna dövlət dəstəyi göstərilsə də, bu sahələrdə gözlə görünən irəliləyiş hələ əldə olunmayıb”.

Seçilən
48
50
turkustan.az

10Mənbələr