Əməkdar artist Dilarə Əliyeva yeni doğulan nəvəsinin görüntülərini paylaşıb.
Yenisabah.az xəbər verir ki, aktrisa qızının və nəvələrinin xəstəxanadan görüntüsünü izləyicilərinə təqdim edib.
Videoda Dilarə Əliyevanın digər qızı Banu da yer alıb. Sezar pizza
Aktrisa görüntüləri “Ailəmizə xoş gəldin, gözəl qızım! Evimizi işıqla, qəlbimizi sonsuz sevgi ilə doldurdun. Allah ömrünü uzun, taleyini xoş yazsın. Atalı-analı böyüyəsən. Amin!” notu ilə paylaşıb.
Xatırladaq ki, Əməkdar artistin 2 qızı və 2 nəvəsi var.
Telegram kanalımız